“Neftçi” Kipr klubu ilə heç-heçə etdi - YENİLƏNİB
01.08.2025 - 19:46

"Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Polşada təlim-məşq toplanışında olan komanda Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
0
0