“Neftçi” sonuncu yoxlama oyununa çıxacaq - YENİLƏNİR
16.01.2026 - 11:56
“Neftçi” sonuncu yoxlama oyununa çıxacaq - YENİLƏNİR

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Əbu-Dabidə davam etdirən “Neftçi” bu gün üçüncü – sonuncu yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşacaq. Görüşə saat 17:00-da start veriləcək.

“Neftçi” bundan əvvəl “Kayrat”a (Qazaxıstan) qalib gəlib – 3:0, “Piramids”lə (Misir) heç-heçə edib – 1:1.