Dünya Taekvondo Federasiyası iyun üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan siyahı Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb.
Belə ki, mayda növbəti dəfə Avropanın ən güclüsü olan Radik İsayev müəyyən fasilədən sonra mövqeyini yaxşılaşdırıb. Aktivindəki xalını 403,17-yə çatdıran təmsilçimiz 2-ci pilləyə yüksəlib. O, lider Vladislav Larindən (Rusiya) 69,82 xal geri qalır.
Avropa çempionatında 3-cü olan Milad Beiqi Harçeqani (80 kq) də “Top-20”dəki mövqeyini qoruyub. Olimpiya mükafatçımız son siyahıda olduğu kimi, yenə 2-cidi. Harçeqani ilk pillənin sahibi Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) təmsilçimizi 86,62 xal qabaqlayır.
Patimat Abakarova da yerində qalıb. 49 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz 180,35 xalla 18-ci pillədədi.
Bu idmançılarla müqayisədə, 68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə geriləyib. Həmyerlimiz 4 rəqibini özündən irəli buraxmaqla, 12-ci pilləyə düşüb. Onun aktivində 175,90 xalı var.
Qeyd edək ki, Abakarova da Avropa çempionatında 3-cü yeri tutub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb