
"Hakan bizim göz bəbəyimiz, milli komandanın kapitanı və çox uğurlu bir futbolçudur. Onu bütün komandalar heyətinə qatmaq istəyər".
Apasport.az xəbər verir ki, bu sözləri "Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbek deyib.
O, Hakan Çalhanoğlunun mümkün keçidini dəyərləndirib: "Çalhanoğlu ilə görüşüm transfer məsələsi ilə bağlı deyildi. Sadəcə bir dostum telefonda Hakanla danışarkən "Qalatasaray" prezidenti də yanımdadır və sənə salam vermək istəyir, dedi. Çalhanoğlu "Qalatasaray" azarkeşi olduğunu söylədi, mən də ona uğurlar arzuladım. Onun böyük qardaşı kimiyəm. Amma bu bir transfer görüşməsi deyildi".
Klubun vitse-prezidenti Abdulla Kavuçku isə Viktor Osimhenin transferi barədə danışıb: "Viktor Osimhenin yanvarda komandada qalması vacib idi. Həmin vaxt da "Əl-Hilal" məsələsi gündəmdəydi, amma hücumçu "Qalatasaray"da qaldı. "Cimbom" artıq dünyadakı rəqiblərini düşünür. Həmin klublardan tək fərqimiz yayım gəlirlərimizdir. Bu gün gəldiyimiz nöqtədə Osimhen üçün mübarizə aparırıq. Avropadakı klublardan daha yüksək transfer qiyməti təklif etdik, "Napoli" ilə görüşdük. Osimhen artıq qərar verməlidir. Ərəb klubları dövlətdən dəstək alırlar və mübarizədə fərqli nöqtəyə gəlirlər. Dünya klubları ilə döyüşəcək komanda qurmaq istəyirik. Bütün gün çalışırıq. Daha bir hücumçu ilə də danışıqlar aparırıq.
Osimhen transferində çox yüksək rəqəmlərə çıxmışıq. Amma Viktorun keçidi alınmasa, bu pulu başqa futbolçuya xərcləməyəcəyik. Çünki sponsorlarla yalnız Osimhenin transferi üçün razılaşmışıq. Allah bizə böyük fürsət verib. Üzr istəyirəm, amma "Bavariya"da oynayan futbolçunu gətirmişik. Nə etdiyimizi yaxşı bilirik. Əsas hədəfimiz Osimhen və qapıçı transferidir".
- Ali Koç "Fənərbaxça"nın əsas hədəfini açıqladı: BANKLAR BİRLİYİ...
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- "Beşiktaş"da İmmobile problemi: Təklif var, getmir
- Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
- "Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi