“Qarabağ”ın U-19 komandası üçün son sınaq - YENİLƏNİR
10.12.2025 - 11:54
“Qarabağ”ın U-19 komandası üçün son sınaq - YENİLƏNİR

“Qarabağ“ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ayaks”la üz-üzə gələcək.

Görüşə saat 14:00-da start veriləcək.

“Qarabağ“ın U-19 komandası 5 turdan sonra xalsızdır və 36 komanda arasında 35-cidir.

“Ayaks”ın U-19 kollektivi isə 7 xalla 22-ci pillədə qərarlaşıb.