Qəbələdə matç yarımçıq dayandırılıb - YENİLƏNİB
08.12.2025 - 17:40
Qəbələdə matç yarımçıq dayandırılıb - YENİLƏNİB

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.

Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.

***

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ“nin qonağı olacaq.

24 xalla turnir cədvəlinin IV pilləsində qərarlaşan Tovuz klubu 3 xal qazanaraq avrokuboklar uğrunda mübarizəni davam etdirəcək.

Turnir cədvəlində 8 xala sahib olan "Qəbələ" isə elitada qalmaq üçün vacib 3 xalı qazanmağa çalışacaq.

Azərbaycan Premyer Liqası

XIV tur

8 dekabr

17:00 Qəbələ – Turan Tovuz 0:0

Qəbələ şəhər stadionu