Rafael Fiziyev: “Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir”
22.06.2025 - 01:52
Rafael Fiziyev: “Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir”

“Gözəl atmosferə görə, hər kəsə təşəkkür edirəm”.

Apasport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən UFC döyüş gecəsində Azərbaycan idmançısı Rafael Fiziyev deyib.

O, İqnasio Bahamondeslə görüşdən sonra UFC-yə açıqlama verib: “Hər kəsə təşəkkür edirəm. Azərbaycan xalqı daha xoşbəxt olmağa layiqdir”.

Qeyd edək ki, Fiziyev hakimlərin qərarı ilə Bahamondesi məğlub edib.