“Artıq Bakı ilə tanış olmağa vaxt tapdım. Bu yarışın böyük potensialı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünə fəxri qonaq kimi qatılan 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastre deyib.
O, yürüşün 1-ci mərhələsindən sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Bütün dünya bu yarışı izləyir. Hər şey çox yüksək səviyyədədir. Velosipedçilər küləyin əksi istiqamətində irəliləməli idilər. Yürüşün 1-ci qrupu ilə ikincilər arasında təxminən 10 dəqiqə fərq var idi. Burada əla şərait var. İdmançılar və qonaqlar üçün yaradılan imkanlar gözəl təəssürat yaradır”.