Misir yığmasının baş məşqçisi Ektor Kuper Məhəmməd Salahın Rusiyada keçiriləcək mundialda oynamaq şanslarını dəyərləndirib. Apasport.az saytının “Goal”a istinadən məlumatına görə, 25 yaşlı futbolçunun analizlərinin nəticələri vəziyyətin ürəkaçan olduğunu göstərir.
“Optimistik. Bütün tibbi analizlərin nəticələri Məhəmməd Salahın dünya çempionatında oynaya biləcəyini göstərir. Buna baxmayaraq, biz çempionatın başlanğıcı ərəfəsində baş verə biləcək istənilən situasiyaya hazır olmalıyıq” – deyə, Kuper bildirib.
Argentinalı mütəxəssis son olaraq Salahın komanda üçün önəmindən danışıb: “Təbii ki, Salahın yerini doldurmaq asan məsələ deyil. O, bizim əsas “silah”larımızdandı. Xüsusilə də, sürəti və ustalığı hesabına əks-hücumlarda komandaya çox xeyri dəyir”.
Qeyd edək ki, Məhəmməd Salah “Real”la oynanılan Çempionlar Liqası final matçında çiynindən zədə almışdı.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib