Avropa çempionatı: Daha 3 taekvondoçumuz rəqibini tanıdı
01.05.2014 - 17:57
Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci gününün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq 4 çəki dərəcəsindən yalnız birində təmsil olunmayacağıq.
3 idmançımızdan ikisi ilk mərhələdən azaddır.
Kişilər
58 kq
Samir Cavadlı - Vadim Dimitrovla (Moldova)
87 kq
Radik İsayev - Nikolo Boya (Xorvatiya)/Anestis Nikoladis (Yunanıstan)
Qadınlar
49 kq
Patimat Abakarova - Georgiya Barnes (Böyük Britaniya)/Ana Koelo (Portuqaliya)
Qeyd edək ki, mayın 2-də qadın taekvondoçular +73 kq çəki dərəcəsində də yarışacaqlar.
0
0