“Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünün 1-ci mərhələsinin qalibi “Androni Giocatoli” klubunun üzvü hollandiyalı Kenni van Hummel deyib.
O, yürüşdən sonra keçirilən mətbuat konfransında qələbəsinə şərh verib: “Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Finişə 500 m qalmış məni irəli gətirdilər. 300 m qalmış isə özüm irəli sıçradım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib