“Bu günkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb, qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var bu gün də bunlardan birini qonaqlara göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Qurum rəsmisi “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən I mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “İdmançılar səhra və yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə və Avstriya iqlimlərini görəcəksiz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsız. “Sinergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi. Coşqu var idi. Gələcəkdə də belə və hətta daha yaxşı olacaq”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib