“Zirə” İordaniya klubuna qarşı - YENİLƏNİR
12.07.2025 - 11:54
“Zirə” İordaniya klubuna qarşı - YENİLƏNİR

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun kollektivi İordaniyanın “Əl-Hüseyin” klubu ilə üz-üzə gələcək.

Görüşə Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında start veriləcək.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.