
"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürüb.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında təmsilçimiz rəqib qapısından 4 cavabsız top keçirib. Qarşılaşma “Zirə”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.