"Neftçi" Latviya səfərində - YENİLƏNİR
18.11.2026 - 10:57
"Neftçi" Latviya səfərində - YENİLƏNİR

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki altı matçda cəmi bir qələbə qazanan “Neftçi” beş dəfə məğlub olub. Paytaxt təmsilçisi 7 xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.