“Qalatasaray”ın müdafiəçisi millidə zədələnib
18.11.2026 - 10:24
“Qalatasaray”ın müdafiəçisi Davinson Sançes Kolumbiya millisinin heyətində zədələnib.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu Çili ilə qarşılaşmada üz nahiyəsindən zərbə aldıqdan sonra oyunu davam etdirə bilməyib.
Sançes 24-cü dəqiqədə meydanı tərk edib, onun əvəzinə Lusumi meydana daxil olub.
Qeyd edək ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
0
0