Avropa Liqası: “Qalatasaray” üç xalı 3 qolla qazandı - YENİLƏNİB
26.09.2024 - 00:55
Avropa Liqası: “Qalatasaray” üç xalı 3 qolla qazandı - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, birinci oyun günündə 9 görüş keçirilib.

Türkiyənin “Qalatasaray” klubu Yunanıstan PAOK-unu qəbul edib. Görüş "sarı-qırmızılar"ın qələbəsi ilə nəticələnib - 3:1.

Avropa Liqası
Liqa mərhələsi, I tur

25 sentyabr

20:45.  "Alkmaar" (Niderland) – "Elfsborq" (İsveç) 3:2
20:45. "Bodo-Qlimt" (Norveç) – "Portu" (Portuqaliya) 3:2
23:00. "Anderlext" (Belçika) – "Ferentsvaroş" (Macarıstan) 2:1
23:00.  "Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3
23:00. "Qalatasaray" (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
Əbdül Rəhman Baba, 48-öz qapısına, Yunus Akgün, 75, Mauro İkardi, 90+5 - Giannis Konstantelias, 67
23:00. "Ludoqorets" (Bolqarıstan) – "Slaviya" (Praqa, Çexiya) 0:2
23:00. "Mançester Yunayted" (İngiltərə) – "Tvente" (Niderland) 1:1
23:00. "Midtyulland" (Danimarka) – "Hoffenhaym" (Almaniya) 1:1
23:00.  "Nitsa" (Fransa) - "Real Sosyedad" (İspaniya) 1:1

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” ilk oyununa sabah çıxacaq. Qurban Qurbanovun yetirmələri Londonda “Tottenhem”lə üz-üzə gələcək.

0