Çempionlar Liqası: “Real” hesabda önə keçdi - YENİLƏNİR
05.03.2025 - 01:14
Çempionlar Liqası: “Real” hesabda önə keçdi - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, turun ilk matçı Belçikada baş tutub. “Brügge” doğma azarkeşləri önündə “Aston Villa”nı qəbul edib. 

Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında isə "Real Madrid" "Atletiko Madrid"i, PSV "Arsenal"ı sınağa çəkəcək.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

4 mart

21:45 "Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə) 1:3

00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Lill" (Fransa) 1:0
00:00 PSV (Niderland) – "Arsenal" (İngiltərə) 1:3
00:00 "Real" (İspaniya) – "Atletiko" (İspaniya) 2:1