ÇL: “Qarabağ” “Ayntraxt”ı qəbul edir - YENİLƏNİR
21.01.2026 - 10:52
ÇL: “Qarabağ” “Ayntraxt”ı qəbul edir - YENİLƏNİR

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

“Qarabağ” 6 turdan sonra 7 xalla 25-ci sıradadır. “Ayntraxt” isə 4 xalla 33-cü pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur

21 yanvar

21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya)
Baş hakim: Sandro Şerer (İsveçrə)