
“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.
“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00 Araz-Naxçıvan – Omoniya (Kipr) 0:4
Qol: Laizos Laizu, 13, 22, Evandro, 55
"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq