KL: "Araz” evdə böyük hesabla məğlub oldu - YENİLƏNİB
07.08.2025 - 21:53
KL: "Araz” evdə böyük hesabla məğlub oldu - YENİLƏNİB

“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.

4 qolun vurulduğu matçda "Araz-Naxçıvan" rəqibinə 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu isə avqustun 14-də Kiprdə baş tutacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

20:00 Araz-Naxçıvan – Omoniya (Kipr) 0:4

Qol: Laizos Laizu, 13, 22, Evandro, 55 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu

Baş məşqçi: Henninq Berq