KL: “Zirə” “Hayduk”la bacarmadı - YENİLƏNİB
23.07.2025 - 21:24
KL: “Zirə” “Hayduk”la bacarmadı - YENİLƏNİB

Bu gün “Zirə” UEFA Konfrans Liqasındakı çıxışına start verib.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Xorvatiyanın “Hayduk” klubunu qəbul edib.

"Neftçi Arena" stadionunda keçirilən qarşılaşma saat 19:30-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 2 qola şahidlik ediblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun

19:30 "Zirə" – "Hayduk" 1:1

Qol: Brahim Konate, 31, Antoni Kalik, 68

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 5. Anje Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 9. David Volkov

Baş məşqçi: Rəşad Sadıqov

"Hayduk": 1. İviça İvuşiç, 32. Şimun Hrqoviç, 31.Zvonimir Şarlija, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 7. Antoni Kalik, 10. Marko Livaya (k)

Baş məşqçi: Qonsalo Qarsiya