”Olimpiakos” Konfrans Liqasının qalibi oldu - YENİLƏNİB
30.05.2024 - 01:42
![”Olimpiakos” Konfrans Liqasının qalibi oldu - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/may/29/big/6656bdeb72cbf6656bdeb72cc017169607476656bdeb72cbd6656bdeb72cbe.jpg)
Bu gün UEFA Konfrans Liqasının qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, finalda Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gəlib.
Afinadakı "AEK Arena"da oynanılan qarşılaşma Yunanıstan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
Final
23:00. "Olimpiakos" - "Fiorentina" 1:0
Qol: El Kaabi, 116
Baş hakim: Artur Diaş
"AEK Arena"
0
0