“Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı, Nəcəfov 5-ci oldu
02.05.2025 - 18:09
“Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı, Nəcəfov 5-ci oldu

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxıb.

60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Acıtı Dombuu (IJF) ilə qarşılaşıb. Təmsilçimiz ipponla qalib gələrək 1/4 finala yüksəlib. O, burada Anvarjon İbrohimovla mübarizə aparıb. Həmin rəqibini də məğlub edən Ağayev yarımfinalda Ariunbold Enxtayvandan üstün olub. Bununla da, təmsilçimiz finala yüksəlib. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə mübarizə aparıb. Yekunda qalib gələn Balabəy qızıl medalın sahibi olub.

66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşıb. Qalib gələn Nəcəfov adını 1/4 finala yazdırıb. Təmsilçimiz burada Nurmuxamet Botobaya (Qazaxıstan) qalib gəlib. O, yarımfinalda Obid Djebova (Tacikistan) uduzduğundan bürünc medal uğrunda Artyom Şturbabinlə (Özbəkistan) qarşılaşıb. Təəssüf ki, Nəcəfov bu dueldən də məğlub ayrılıb və 5-ci yeri tutub.

Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.