“Azərreyl”də 6 müqavilə
01.10.2013 - 15:38
“Azərreyl”də 6 müqavilə
“Azərreyl” mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” CEV kuboku öncəsi 6 voleybolçu ilə müqaviləni rəsmiləşdiriblər.

Belə ki, Azərbaycan millisinin 6 gənc oyunçusu - Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva və Ülkər Kərimova yeni mövsümdə Aleksandr Çervyakovun çalışdıracağı Bakı təmsilçisinin formasını geyinəcəklər.

Qeyd edək ki, ötən il “Bakı-Azəryol” adı ilə Super Liqada oynayan komanda daha öncə Ayşən Abduləzimova, Yekaterina Jidkova (hər ikisi Azərbaycan), Dusanka Kariç (Serbiya), Cennifer Dorisi transfer edib, Qvendolin Rukerlə (hər ikisi ABŞ) müqaviləni artırıb.