Yüksək Liqa: UNEC evdə məğlub oldu
18.12.2025 - 22:44
Yüksək Liqa: UNEC evdə məğlub oldu

Bu gün qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib.

Apasport.az xəbər verir ki, UNEC öz meydanında “Gəncə” ilə üz-üzə gəlib.

Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.

Qeyd edək ki, turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.