"Araz-Naxçıvan" 2 yoxlama oyunu keçirəcək
23.12.2024 - 13:22
!["Araz-Naxçıvan" 2 yoxlama oyunu keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/december/23/big/676928b73cbb7676928b73cbb81734944951676928b73cbb5676928b73cbb6.jpg)
Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaq.
Baş məşqçi Elmar Baxşıyev komandanı yanvarın 8-də klubun əvəzediciləri ilə görüşdə sınayacaq.
Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.
0
0