"Dinamo" bu dəfə Mahir Emreliyə ehtiyac duymadı
10.02.2023 - 22:59
!["Dinamo" bu dəfə Mahir Emreliyə ehtiyac duymadı](https://ww3.apasport.az/storage/news/2023/february/10/big/63e69a2ed039c63e69a2ed039d167605713463e69a2ed039863e69a2ed039a.jpg)
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatının XXI turunda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Xorvatiyanın paytaxtında keçirilən matçda "Dinamo" "İstra 1961"ə 1:0 qalib gəlib.
Şimali makedoniyalı sağ cinah müdafiəçisi Stefan Ristovskinin 37-ci dəqiqədə vurduğu yeganə qol "Dinamo"ya 3 xal qazandırıb.
Qeyd edək ki, bu matçda Mahir Emreli ehtiyatda olsa da, meydana buraxılmayıb.
0
0