“Qarabağ” dünyanın ən güclü klubları arasında
12.05.2023 - 12:04
![“Qarabağ” dünyanın ən güclü klubları arasında](https://ww3.apasport.az/storage/news/2023/may/12/big/645df36deb47b645df36deb47c1683878765645df36deb479645df36deb47a.jpg)
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in siyahısında planetin ən güclü 300 komandası yer alıb.
Cədvəldə Azərbaycan bir klubla təmsil olunub. Son ölkə çempionu və Misli Premyer Liqasının hazırkı lideri “Qarabağ” dünyanın 67-ci komandasıdır.
Qurban Qurbanovun yetirmələrinin hesabında 141 xal var. Ağdam klubu ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.
Qeyd edək ki, reytinqin lideri dəyişib. 320 xala malik “Real” 1-ci pilləyə yüksəlib.
0
0