“Qarabağ” – “Zirə”: Bukmekerlərin favoriti
27.05.2022 - 16:18
![“Qarabağ” – “Zirə”: Bukmekerlərin favoriti](https://ww3.apasport.az/storage/news/2022/may/27/big/62905f5538f3862905f5538f39165362875762905f5538f3662905f5538f37.jpeg)
Azərbaycan kubokunun final matçının favoriti bəlli olub.
Apasport.az saytının məlumatına görə, bukmekerlər “Qarabağ” – “Zirə” görüşünün əmsallarını açıqlayıb.
Qəbələdəki qarşılaşmada Ağdam təmsilçisi daha şanslı sayılır. Qurban Qurbanovun yetirmələrinin qələbəsinə 1,39 əmsalla pul qoyuluşu qəbul edilir.
Matçın 90 dəqiqəsinin heç-heçə bitməsinin əmsalı 3,74-dür. “Zirə”nin qələbəsinə isə bukmekerlər də inanmır. Rəşad Saqıdovun yetirmələri qalib gəlsə, proqnozsevərlərə 7,80 əmsallı qazanc gətirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı saat 19:00-da başlayacaq.
0
0