“Qarabağ”ın futbolçusu Türkiyə yolunda
26.07.2024 - 20:58
![“Qarabağ”ın futbolçusu Türkiyə yolunda](https://ww3.apasport.az/storage/news/2024/july/26/big/66a3d524780a466a3d524780a5172201296466a3d524780a266a3d524780a3.jpg)
"Qarabağ"ın futbolçusu Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Ankaragücü" alban hücumçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
I Liqa təmsilçisi Cica ilə razılıq əldə edib. "Ankaragücü" Azərbaycan çempionu ilə təzminatla bağlı müzakirələr aparır.
Qeyd edək ki, "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. 26 yaşlı forvard ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0