“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib
29.06.2024 - 17:17
![“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib](https://ww3.apasport.az/storage/news/2024/june/29/big/667ffc7e63f67667ffc7e63f681719663742667ffc7e63f63667ffc7e63f65.jpg)
“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb.
Klubdan apasport.az-a verilən məlumata görə, bölgə təmsilçisi Moldova millisinin də şərəfini qoruyan müdafiəçi Denis Marandiçi ilə 2, yarımmüdafiəçi Eltun Turabovla isə 1 illik yeni müqavilə bağlayıb.
D.Marandiçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. E.Turabov isə iki mövsümdür Tovuz klubunda çıxış edir.
0
0