![UEFA-dan “Qarabağ”a ödəniş - 10 milyon 644 min avro](https://ww3.apasport.az/storage/news/2022/september/02/big/6311f2829bc706311f2829bc7116621205786311f2829bc6c6311f2829bc6e.jpg)
UEFA-nın “Qarabağ”a ayırdığı vəsait klubun büdcəsinə köçürülüb.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, qitə futbol qurumu Azərbaycan çempionuna 10 milyon 644 min avro ödəyib.
Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Vəsaitin 5 milyonu Çempionlar Liqasının pley-off mərhələsində iştirak edən, lakin qrupa düşə bilmədiyinə görə verilib.
“Qarabağ” Avropa Liqasında iştirak üçün ilkin ödəniş kimi 3 milyon 400 min də qazanıb. Digər 2 milyon 244 min isə klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən hesablanan Avropa Liqasının sıralama əmsalına görə verilib.
Qeyd edək ki, Çempionlar Liqası ilə pley-offda vidalaşan “Qarabağ” Avropa Liqasının qrupunda oynayacaq.