Azərbaycan Basketbol Liqasında daha bir görüş keçiriləcək
14.12.2024 - 10:19
![Azərbaycan Basketbol Liqasında daha bir görüş keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/december/14/big/675d22c3baebe675d22c3baebf1734156995675d22c3baeaa675d22c3baebd.jpg)
Azərbaycan Basketbol Liqasının VI turunda "Gəncə" "Lənkəran"ı sınağa çəkəcək.
Apasport.az xəbər verir ki, günün yeganə oyunu B qrupunda keçiriləcək.
Saat 14:00-da başlayacaq matç Gəncə İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81) məğlub edib. VI tura dekabrın 15-də reallaşacaq bir görüşlə yekun vurulacaq.
0
0