Azərbaycan millisi Belçika ilə qarşılaşacaq
06.02.2025 - 09:55
![Azərbaycan millisi Belçika ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a44ca03401d67a44ca03401e173882076867a44ca03401b67a44ca03401c.jpg)
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığma C qrupundakı beşinci matçında Belçika ilə üz-üzə gələcək.
Belçikanın "COREtec Dome" arenasında təşkil olunacaq qarşılaşma saat 23:15-də start götürəcək.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.
0
0