"Neftçi" "Sabah"la üz-üzə
23.01.2025 - 09:38
!["Neftçi" "Sabah"la üz-üzə](https://ww3.apasport.az/storage/news/2025/january/23/big/6791d3a2a143f6791d3a2a144017376101466791d3a2a143d6791d3a2a143e.jpg)
Azərbaycan Basketbol Liqasında XII turun daha bir oyunu bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında son ölkə çempionu "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Sabah" 11 turdan sonra 20 xalla A qrupunda liderdir. "Ağ-qaralar" 16 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl "Abşeron" "Sərhədçi"ni 86:79 hesabı ilə üstələyib. Tura yanvarın 26-da yekun vurulacaq.
0
0