
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
"Köhlən atlar" III təsnifat mərhələsinə vəsiqə qazanarsa, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
- Samir Abasov: “Bundan sonrakı oyunlara köklənməliyik”
- Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB
- Aslan Kərimov: "Bu, “Neftçi” üçün "Qarabağ"a qarşı müəyyən üstünlük yarada bilər"
- "Vilyarreal" 3-cü divizion komandasına məğlub oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"