Elçin Məmmədov “Fənərbaxça”nın oyununa təyinat alıb
07.12.2024 - 15:22
![Elçin Məmmədov “Fənərbaxça”nın oyununa təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/december/07/big/67542fefa75f267542fefa75f3173357054367542fefa75f067542fefa75f1.jpeg)
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
0
0