![Üç oyunluq SUPEREKSPRESS](https://ww3.apasport.az/storage/news/2022/june/07/big/629f03fca66c4629f03fca66c51654588412629f03fca66bf629f03fca66c2.jpg)
Millətlər Liqasının bugünkü oyunları üçün təklif olunan superekspress kuponda üç matç yer alıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Anton Gettanın seçim etdiyi variantların ümumi əmsalı 5,54-ə bərabərdir.
O, A liqasının iki, C liqasının bir matçına üstünlük verib. Getta Almaniyanın İngiltərə ilə ev matçında uduzmayacağına, eyni zamanda maksimum 3 qolun vurulacağına əmindir.
Mütəxəssis Macarıstanın İtaliyaya ən pis halda minimal fərqlə uduzacağını, hətta xal da qazana biləcəyini təxmin edir. O, Türkiyənin Litvada 2 və ya daha çox top fərqilə qalib gələcəyi qənaətindədir.
Almaniya – İngiltərə: 1X və 3,5Alt
İtaliya – Macarıstan: Fora2 (1,5)
Litva – Türkiyə: Fora2 (-1,5)