![Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/august/26/big/66cc7a236948366cc7a2369484172467664366cc7a236948166cc7a2369482.jpg)
Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə kişilər arasında ölkə çempionatında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.
Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Qeyd edək ki, oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaqlar.