!["Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib](https://ww3.apasport.az/storage/news/2024/october/11/big/6708d1d62ff1d6708d1d62ff1e17286312546708d1d62ff1b6708d1d62ff1c.jpeg)
Bu gün taekvondo üzrə "Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.
Açılış mərasimində Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov və ATF rəsmiləri iştirak ediblər. Fəxri qonaqlar sırasında isə MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov, idman səfiri Fəridə Əzizova, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da yer alıb.
Yarışa 45 klubdan 649 taekvondoçu qatılıb. Turnirdə Qazaxıstan, Özbəkistan və Gürcüstan təmsilçiləri də mübarizə aparır.
Qeyd edək ki, turnir oktyabrın 13-də başa çatacaq.