De Xeanın yeni klubu açıqlandı
10.08.2024 - 12:29
![De Xeanın yeni klubu açıqlandı](https://ww3.apasport.az/storage/news/2024/august/10/big/66b722446163c66b722446163d172327789266b722446163a66b722446163b.png)
“Mançester Yunayted”in sabiq futbolçusu David De Xea özünə yeni komanda tapıb.
Apasport.az xəbər verir ki, təcrübəli gutbolçu “Fiorentina”ya keçib. 33 yaşlı qolkiper A Seriyası təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan qolkiperlə razılaşmanın detalları məlum deyil.
Son klubu “Mançester Yunayted” olan de Xea 2023-cü ilin yayından işsiz idi.
0
0