“Fənərbaxça”dan transfer
11.07.2023 - 11:34
![“Fənərbaxça”dan transfer](https://ww3.apasport.az/storage/news/2023/july/11/big/64ad061f1bfca64ad061f1bfcb168906089564ad061f1bfc864ad061f1bfc9.png)
“Fənərbaxça” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu Fransa “Strasburq”undan Aleksandr Djikunu transfer edib.
28 yaşlı müdafiəçi 2026-cı ilin yayına kimi Super Liqa təmsilçisinin şərəfini qoruyacaq. Qana milli komandasına da cəlb edilən Djiku 2019-cu ildən fransızların formasını geyinirdi.
Qeyd edək ki, futbolçu ötən mövsüm 31 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0