FIFA DÇ-2026-nın formatını təsdiqlədi
14.03.2023 - 20:36
![FIFA DÇ-2026-nın formatını təsdiqlədi](https://ww3.apasport.az/storage/news/2023/march/14/big/6410a4d7066e16410a4d7066e216788123756410a4d7066df6410a4d7066e0.jpg)
FIFA Ruandanın paytaxtı Kiqalidə keçirilən konqresində ilk dəfə 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatının formatını təsdiqləyib.
Apasport.az xəbər verir ki, ilkin olaraq 48 iştirakçının hər biri 3 komanda olmaqla 16 qrupa bölünməsi planlaşdırılırdı. FIFA bu ideyadan imtina edərək 4 komandalı 12 qrupdan ibarət formatın lehinə qərar verib.
Hər qrupdan ilk 2 yeri tutan komanda və 3-cü yerləri tutan ən yaxşı 8 komanda 1/16 finala yüksələcək.
Ümumilikdə komandalar növbəti dünya çempionatında 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək.
- Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub
- De Bleker bu dəfə təəccübləndirdi: "Penalti qərarı yanlışdır"
- Neymar təqdimat mərasimində göz yaşlarını saxlaya bilməyib - FOTO
- “Qarabağ” - “Sürix”: Jurnalistlərin PROQNOZU
- Qurban Qurbanov: "Bu matçda bir, yoxsa üç xal sərfəli olardı" - MÜSAHİBƏ
0
0