İngiltərə Kubokunun finalında Mançester derbisi olacaq
23.04.2023 - 22:34
![İngiltərə Kubokunun finalında Mançester derbisi olacaq](https://ww3.apasport.az/storage/news/2023/april/23/big/64457b9718f8a64457b9718f8b168227522364457b9718f8864457b9718f89.jpg)
İngiltərə Kubokunun digər finalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, "Vembli" stadionunda keçirilən "Brayton" – "Mançester Yunayted" qarşılaşmasında daha təcrübəli "qırmızı şeytanlar" qalib gəlib.
Qolsuz başa çatan görüşün taleyini penaltilər həll edib. Penaltilər seriyasında "Mançester Yunayted" 7:6 qalib gəlib.
Beləliklə, dünən Riyad Mahrezin het-triki ilə divizion klubu "Şefild Yunayted"ə 3:0 qalib gəlmiş "Mançester Siti"nin finaldakı rəqibi "Mançester Yunayted" olub. Final Londonun "Vembli" stadionunda iyunun 3-də keçiriləcək. "Siti" nominal ev sahibi sayılacaq.
0
0