Jorje Jezuş ən çox qazanan yığma məşqçisi olacaq
30.06.2023 - 00:35
![Jorje Jezuş ən çox qazanan yığma məşqçisi olacaq](https://ww3.apasport.az/storage/news/2023/june/30/big/649debac4bf86649debac4bf871688071084649debac4bf83649debac4bf84.jpg)
Portuqaliyalı məşqçi Jorje Jezuş dünyanın ən çox qazanan yığma məşqçisi ola bilər.
Apasport.az-ın məlumatına görə, o, Səudiyyə Ərəbistanından sərfəli təklif alıb.
Ölkə futbol federasiyası 68 yaşlı mütəxəssisə 10 milyon avro maaş verməyi planlaşdırıb. Jezuşa 3 illik müqavilə təklif olunub. Hazırda milli komandalar səviyyəsində ən yüksək məvacibi Hans-Diter Flik alır. Almaniya yığmasının baş məşqçisinin illik qazancı 6,5 milyon avrodur.
Qeyd edək ki, Jojenin son klubu “Fənərbaxça” olub. Komandanı Türkiyə çempionu edə bilməyən portuqaliyalı mütəxəssislə yollar ayrılmışdı.
0
0