Mbappeyə qiymət qoyuldu: 300 milyon avro
16.12.2022 - 16:00
![Mbappeyə qiymət qoyuldu: 300 milyon avro](https://ww3.apasport.az/storage/news/2022/december/16/big/639c5dd841c43639c5dd841c441671192024639c5dd841c41639c5dd841c42.jpg)
Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-dən ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, Paris klubu hücumçusunu satmağa razılıq verib.
Liqa1 təmsilçisi yaxşı təklif alasa, nəzərdən keçirməyə hazırdır. PSJ Mbappe üçün 300-350 milyon avro istəyir. Forvard yalnız bu qiymətə satılacaq.
Qeyd edək ki, hazırda yığma ilə DÇ-2022-də olan hücumçu mundialda keçirdiyi 6 oyunda 5 qol və 2 assistə imza atıb.
0
0