"Milan"ın sabiq futbolçusu İtaliya klubuna baş məşqçi təyin olundu
15.02.2023 - 22:28
!["Milan"ın sabiq futbolçusu İtaliya klubuna baş məşqçi təyin olundu](https://ww3.apasport.az/storage/news/2023/february/15/big/63ed266301d7b63ed266301d7c167648624363ed266301d7963ed266301d7a.jpg)
"Milan" və "Napoli"nin sabiq futbolçusu Massimo Oddo İtaliyanın SPAL klubuna baş məşqçi təyin olunub.
Apasport.az xəbər verir ki, 46 yaşlı Oddo SPAL ilə mövsümün sonunadək müqavilə imzalayıb. Ferrara təmsilçisi B Seriyasında qalarsa, onunla müqavilənin müddəti daha 1 illik uzadılacaq.
Qeyd edək ki, dünən SPAL-ın baş məşqçi Danyele de Rossini işindən kənarlaşdırdığı məlum olub. Hazırda klub 19-cu yeri tutur və C Seriyasına düşməyə namizədlər arasındadır.
0
0