Şkriniar karyerasını Türkiyədə davam etdirə bilər
18.12.2024 - 17:48
![Şkriniar karyerasını Türkiyədə davam etdirə bilər](https://ww3.apasport.az/storage/news/2024/december/18/big/6762d29dd99546762d29dd995517345296936762d29dd99526762d29dd9953.jpeg)
Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” qışda heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin "gözdən düşmüş" ulduzu Milan Şkriniarı heyətinə qatmaq niyyətindədir.
“Sarı-qırmızılılar” slovakiyalı müdafiəçini mövsümün sonuna kimi icarə əsasında transfer etmək istəyir.
Fransa təmsilçisi də bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, 29 yaşlı mərkəz müdafiəçisi 2023-cü ildə PSJ-yə azad agent statusunda keçmişdi.
0
0