İtaliyalı futbolçular Sandro Tonali və Nikola Zaniolo qeyri-leqal pul qoyuluşunda şübhəli bilinirlər.
Apasport.az saytı xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrio Korona məlumat verib.
Yayılan xəbərlərə görə, Korona şahid qismində polis məntəqəsinə dəvət olunub. Zaniolonun İtaliya kuboku matçında ehtiyat oyunçular skamyasından pul qoyuluşu etdiyi bildirilir. Az əvvəl “Yuventus”un yarımmüdafiəçisi Nikola Facolinin də oyunlara mərc etdiyi informasiyası yayılmışdı.
Qeyd edək ki, Tonali hazırda “Nyukasl”da, “Qalatasaray”a məxsus Zaniolo isə icarə əsasında “Aston Villa”da çıxş edir.
- Artyom Dzyubanın yeni klubu bilindi
- Daha bir komanda AVRO-24-ə vəsiqə qazanıb - YENİLƏNİB
- "Qalatasaray"ın əfsanə futbolçusu karyerasını başa vurur
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb